DataLife Engine / Arif Alışanovun şikayəti ilə tutulan şəxs həbsxanada öldü

Arif Alışanovun şikayəti ilə tutulan şəxs həbsxanada öldü

Arif Alışanovun şikayəti ilə tutulan şəxs həbsxanada öldü


AzTV-nin keçmiş sədri Arif Alışanovun şikayəti ilə həbs edilən və 17 il azadlıqdan məhrum edilən Qoçəli Cəbiyev cəzaçəkmə müəssisəsində vəfat edib.

Penitensiar Xidmətdən Oxu.Az-a verilən məlumata görə, Q.Cəbiyevin vəfatına böyrək çatışmazlığı səbəb olub.

Qeyd edək ki, Qoçəli Cəbiyev və Şücayət Əkbərov AzTV-nin keçmiş rəhbəri Arif Alışanova qarşı sui-qəsd etməkdə təqsirləndiriliblər.

İttihama görə, Ş.Əkbərov 2013-2017-ci illər ərzində A.Alışanovun Bakı şəhəri və Şamaxı rayonunda yerləşən əmlaklarını ələ keçirmək üçün Müsabi Namazov, Qoçəli Cəbiyev və Zöhrab Şirinovla birlikdə silahlı mütəşəkkil dəstə yaradıblar.

Bir qədər sonra A.Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu və Hacı Babayevin idarə etdiyi “Toyota Land Cruiser” markalı, 99-AA-400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şosesində hərəkətdə olarkən yüksək sürətlə vuraraq, hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb.

Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşının markası, rəngi, dövlət nömrə nişanı barədə məlumat verib.

Lakin A.Alışanov gözlənilmədən “Land Cruiser”ə deyil, Ş.Əkbərovun idarə etdiyi “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinova xəbər verə bilməyib.

Zöhrab Şirinov avtomaşını idarə etdiyi “NİVA” markalı, 99-FD-207 dövlət nömrə nişanlı avtomaşınla Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı maşını bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq, yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.

tv713.az
20-04-2020, 15:00
Вернуться назад