DataLife Engine / “İndi oruc tutmaq risklidir!” - deyən həkimə din xadimindən əks CAVAB

“İndi oruc tutmaq risklidir!” - deyən həkimə din xadimindən əks CAVAB

“İndi oruc tutmaq risklidir!” - deyən həkimə din xadimindən əks CAVAB


Bu il ölkə ərazimizin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə 25 aprel 2020-ci ilə təsadüf edəcək.

Bu barədə Qafqaz Müsəlmanlar İdarəsindən məlumat verilib.

Pandemiyanın mövcudluğu dönəmində isə mütəxəssislər tövsiyə edir ki, maksimum dərəcədə orqanizmi sağlam tutmağa çalışmalıyıq. Oruc tutanda isə məlum məsələ, normal qidalanmaq imkanı olmur və bütün günü ac qalırıq. Heç şübhəsiz, bu da immunitetə təsir edir. Bundan başqa, xəstə insanlara dində oruc tutmağa icazə verilmir.

Bəs onda oruc tutmasaq, bu günah olarmı? Maraqlıdır, koronavirus dövründə bütün günü evdə olduğumuzu nəzərə alsaq, oruc qalmaq belə məqamda bizim səhhətimizə necə təsir edəcək?
Hazırkı vaxtda oruc tutmağın orqanizmə təsiri ilə bağlı Modern.az-a danışan həkim Adil Qeybulla deyir ki, indi oruc tutmaq risklidir:

“Dini ayinlər və orucluq İslamın 5 şərtindən biridir. Amma situasiyadan-situasiyaya fərq var. Belə götürəndə Həcc ziyarəti də o 5 şərtin içərisindədir, amma onu da təxirə salırlar. Düzdür dində var ki, yaşlı və xəstə adamlar oruc tutmaya bilər. Amma indiki məqamda sağlam insanlar da oruc tutmasa olar. Pandemiya sonlanandan sonra insanlar qəza orucunu yerinə yetirsələr, daha yaxşı olar. Çünki orucluq özü ekstremal vəziyyətdir və insan orqanizminə təsir edir. O baxımdan hazırkı ekstremal vəziyyətdə immunitet sistemimizi təhlükəyə atmasaq yaxşı olar. Buna görə Qafqaz Müsəlmanlar İdarəsi nümayəndələrinin qərar verib, insanlara müraciət etmələri məsləhətlidir”.

Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli isə deyir ki, koronavirus dönəmində hamıya ümumi müraciət edib, oruc tutmayın deyə bilmərik:

“Oruc tutarkən əgər düzgün qidalanma varsa, immun sistemi nəinki zəifləyir, hətta güclənir deyən həkimlərimiz də var. Ona görə də konkret olaraq insanlara demək olmaz ki, oruc tutmayın, immun sisteminiz zəifləyəcək. Əgər həkim hansısa şəxsə diaqnoz qoysa ki, ona oruc tutmaq olmaz, bu zaman o adamın oruc tutmamağı günah sayılmaz. Əgər kimsə koronavirusa yoluxubsa, yaxud da oruc tutması sağlıq problemi yaşadarsa o adamlar oruc tutmaya bilər. Ümumiyyətlə oruc tutmaq individual məsələdir, heç bir əsasla hamı üçün eyni hökmü vermək dini baxımdan düzgün deyil”.

tv713.az
20-04-2020, 15:56
Вернуться назад