Kristal Abşeron yoxsa zibillik mənbəyi? FOTO Fakt
Görəsən “Kristal Abşeron MTK”nın “bəy tərifləri” hansı məqsədlərə xidmət edir? Artıq neçə illərdir ki, Azərbaycan televiziyalarının bir çoxunda Bakı şəhərində 2003-cü ildən fəaliyyət göstərdiyi bildirilən “Kristal Abşeron MTK”-nın fəaliyyəti və inşa etdiyi yaşayış binaları haqqında geninə-boluna reklamlar yayımlanır, şirkət barəsində səslənən təriflər, sanki qulaqları “kar edir”. “Bəy tərifi”nə oxşar reklam və təriflərdə MTK-nın uğurlarından bəhs olunur, şirkətin etibarlılıq, dürüstlük, təmizlik və s. kimi dəyərləri hər zaman öndə tutduğu da vurğulanır. Hətta o da qeyd olunur ki, bu gün “Kristal Abşeron MTK” ölkəmizdə ən güvənli və keyfiyyətli tikinti şirkətidir. Şirkət indiyə kimi qarşısına qoyduğu məqsədlərə çatmaq üçün böyük uğurlara imza atmış və bundan sonrakı fəaliyyətində də, məhz belə bir kursu davam etdirmək əzmindədir.
Bundan əlavə, “Kristal Abşeron MTK”nın qarşısında duran əsas vəzifələrdən biri də, indiki və gələcək nəsillərin yaşayacağı dövrə uyğun keyfiyyətli binalar inşa etmək, sakinlərinin həyat səviyyəsini, rahatlığını hər zaman daha da yaxşılaşdırmaqdan ibarətdir. Səslənənlər, belə bir reklam və təriflər, ictimaiyyətə çatdırılan açıqlamalar gəlişi xoş sözlər olsa da, reallıq isə tamam fərqli mətləblərin varlığından xəbər verir. Məsələn, “Kristal Abşeron MTK” Abşeron rayonunun Xırdalan şəhərində bir neçə hündürmərtəbəli yaşayış binası inşa etdirib və həmin binaların qarşısı, bu gün sanki “zibillik qəbristanlığı”na bənzəyir. Çünki, təqribən üç-dörd gün bundan öncə qeyd olunan ərazidə həyata keçirdiyimiz çəkilişlər, məhz bizi belə bir qənaətə gəlməyə sövq etdi. Çəkilişlərdən də görünür ki, ölkəmizin ərazisində koronovirus (COVİD-19) infeksiyasının yayılma riskinin yüksək olduğu bir vaxtda, yaşayış binalarının qarşısındakı və istirahət parkına bitişik ərazidəki zibil qutuları aşıb-daşır. Bu da onu sübut etməyə əsas verir ki, qeyd olunan ərazidə infeksiya riskinin yayılmasına lazımi şərait yaradılır. O halda sual oluna bilər ki, görəsən “Kristal Abşeron barəsində televiziya ekranlarında yayımlanan reklamlar, təbliğ edilən “bəy tərifləri” hansı məqsədlərə xidmət edir, reallıqdakı mənzərənin varlığı nələrdən xəbər verir? Odur ki, gəlin bütün bunları ayrı-ayrılaqda ayırıd edək və lazımi qiymətimizi verməyə çalışaq.
Kristal Abşeronda yaşanan problemlərin varlığını diqqətdə saxlayacaq və növbəti yazımızda şirkətin müştərilərinə ev satarkən danışdığı yalanların sonradan onlar arasında mübahisəyə səbəb olan tərəfləri haqqında öxuculara ətraflı məlumat verəcəyik.
Bizi izləyin.
Rafael Şekixanov
tv713.az
21-04-2020, 09:30
Вернуться назад