ARB-nin efirində söyüş söyən Afaq Bəşirqızı imiş...
ARB TV-nin "Elgizlə izlə" verilişinin 18 aprel tarixli buraxılışında şok anlar yaşanıb.
Belə ki, Yenilik.az-ın xəbərinə görə, veriliş gedə-gedə Elgizə zəng edən Afaq Bəşirqızı canlı yayımda olduğunu bilmədən telefonda kişi söyüşü söyüb, bu isə efirdə eşidilib və hətta Elgizin üz cizgilərinin dəyişməsi də digər ekspertlərin nəzərindən qaçmayıb. Nəticə isə heç də yaxşı olmayıb. Belə ki, bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib. Yenilik.az xəbər verir ki, iclasda 18 aprel 2020-ci il tarixdə ARB televiziya kanalında yayımlanan "Elgizlə izlə" proqramına qoşulan ekspert tərəfindən nalayiq ifadələrin işlədilməsi faktı üzrə məsələyə baxılıb.
Milli Televiziya və Radio Şurası ARB televiziya kanalının efirində yayımlanan “Elgizlə izlə” verilişində əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya yayımlanmasına görə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.5.3-cü, 23.1-ci, 39.6-cı maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.11-1-ci bəndini rəhbər tutaraq ARB televiziya kanalının efirində 21 aprel 2020-ci il tarixdə proqramların yayımının 6 saatlıq müddətədək (saat 10:00-dan saat 16:00-dək) dayandırılması haqqında qərar qəbul edib.
ARB televiziya kanalı, ona tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatı yayımın dayandırılması müddəti ərzində özünün efirində yayımlamalıdır.
tv713.az
21-04-2020, 10:31
Вернуться назад