DataLife Engine / Azərbaycanda 18 yaşı olmayan qızla ailə quran həbs oluna bilər

Azərbaycanda 18 yaşı olmayan qızla ailə quran həbs oluna bilər

Azərbaycanda 18 yaşı olmayan qızla ailə quran həbs oluna bilər


Ombudsman erkən evlilik hallarının aradan qaldırılması məqsədilə Cinayət Məcəlləsinin 152-ci maddəsinin adında “on altı yaşına” sözlərinin “on səkkiz yaşına” sözləri ilə əvəz edilməsini təklif edir.

Bu barədə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) illik hesabatında qeyd olunub. Ombudsman həmçinin, maddənin qeyd hissəsinin həmin məcəllədən, eyni zamanda, Ailə Məcəlləsinin 10.2-ci maddəsinin Məcəllədən çıxarılmasını təklif edir.

Qeyd edək ki, 10.2-ci maddənin tələbinə əsasən, üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

CM-in 152-ci maddəsində isə yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə öz əksini tapıb. Bu əmələ görə şəxs üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.(qafqazinfo.az)

tv713.az
22-04-2020, 16:20
Вернуться назад