DataLife Engine / Samuxda bələdiyyə sədri cəzalanıb

Samuxda bələdiyyə sədri cəzalanıb

Samuxda bələdiyyə sədri cəzalanıb


Tullantıların düzgün idarə edilməməsinə görə bələdiyyə sədri cəzalanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli.Az-a bildirilib ki, nazirliyə Samux rayonu Hacıalılı kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

Araşdırma zamanı fakt təsdiqini tapıb. Ərazidə tullantıların qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkarlanıb. Tullantıların idarə olunmasına cavabdeh Hacıalılı bələdiyyəsinin sədri Nizami Abbasov barəsində protokol tərtib olunub və o, 3500 manat məbləğində cərimə edilib.

Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.

tv713.az
22-04-2020, 18:21
Вернуться назад