DataLife Engine / Uşaq baxçaları Təhsil Nazirliyinin tabeçiliyinə verilə bilər – Millət vəkili

Uşaq baxçaları Təhsil Nazirliyinin tabeçiliyinə verilə bilər – Millət vəkili

Uşaq baxçaları Təhsil Nazirliyinin tabeçiliyinə verilə bilər – Millət vəkili


"Uşaq baxçaları Təhsil Nazirliyinin tabeçiliyinə verilə bilər".

tv713.az bildirir ki, bu sözləri deputat Etibar Əliyev Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüququları üzrə Müvəkkilinin (Ombudsaman) 2019-cu il üzrə məruzəsini şərh edərkən deyib. Deputat Ombudsamanın hesabatında bu məsələnin yer almasının problemin tezliklə həll olunmasına ümidləri artırdığını qeyd edib:

"Dünən Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin 2019-cu il üzrə məruzəsini dinlədik.

Məruzədə məktəbəqədər təhsil müəssisələrinin (uşaq baxçalarının) fəaliyyətindəki qüsurlar da yer almışdı. Əslində biz təhsil ekspertləri kimi uşaq baxçalarının Təhsil Nazirliyinin tabeçiliyinə verilməsi barədə dəfələrlə məsələ qaldırmışıq. Ombudsmanın hesabatında bu məsələnin yer alması probleminin tezliklə həll olunmasına ümidləri artırır".

Deputat həmin sənədin "Təhsil hüququ” bölməsinidə yer alan nöqsanları açıqlayıb:

"Müvafiq sahədə mövcud olan problemlərin əks edilidiyi müraciətlər üzrə aparılmış araşdırmalar, həmçinin müşahidələr göstərib ki, həm uşaq baxçalarında mövcud yerlərin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğun deyil, həm də uşaqların bu müəssisələrə qəbulu zamanı ciddi qanun pozuntularına və neqativ hallara yol verilir.

Xüsusi olaraq qeyd edilməlidir ki, övladının aidiyəti üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul edilməsi ilə bağlı müraciət edən valideynlərə demək olar ki, hər bir halda imtina edilib.

Ümumiyyətlə, ötən dövrlərdən etibarən məktəbəqədər təhsilə olan ehtiyacın yerli icra hakimiyyətləri tərəfindən düzgün qiymətləndirilməməsi, təmirə və yenidənqurmaya ehtiyacı olan mövcud baxçaların müasir tələblərə uyğunlaşdırılması üzrə tədbirlərin həyata keçirilməməsi narahatlıq doğurur”.

tv713.az
25-04-2020, 14:30
Вернуться назад