Koreyanın günlərdir səsi gəlməyən itkin diktatorundan xəbər var
Şimali Koreya lideri Kim Çen In bir müddətdir ki, yoxa çıxıb və nə üçünsə onun haqqında heç bir səhih məlumat verilmir. Cənubi Koreyanın "Dong-a Ilbo" qəzeti 14 apreldə raket sınaqları zamanı Kimin yaralanması ehtimalını qeyd edib.
Bu haqda məlumatı Hollandiyanın rtlnieuws.nl saytı dünən yayıb.
Sayt Şimali Koreyadan ABŞ-a qaçan Li Çjon Hoya istinadən yazıb ki, Kim yeni bir raket sınağında iştirak edib, çünki o bu məsələdə lider olmaq iddiasındadır. Li özü isə əvvəllər Kim ailəsi üçün xüsusi layihələrin maliyyələşdirilməsində iştirak edən Şimali Koreya hökumətində çalışıb.
Linin haqqında danışdığı 14 aprel raket sınağından heç bir görüntü yayımlanmayıb, onun fikrincə, bu da göstərir ki, Şimali Koreya lideri sınaqdan az sonra "xəstələnib”, çünki həmin görüntülərin yayılmasına şəxsən o özü icazə verməlidir. 14 apreldən sonra artıq Kimdən heç bir xəbər yoxdur. Li hesab edir ki, orada yanğın baş verib və ya yuxarıdan iştirakçıların başlarına yanar qalıqlar tökülüb.
Kimin günlərdir davam edən yoxluğu ən dəhşətli ehtimallara səbəb olub. Li Kimin beyin ölümü keçirməsi və ya ürəyindən əməliyyat olunması faktını rədd edir. Onun sözlərinə görə, Kimin daim yanında olan xüsusi həkim briqadası var və yəqin ki, sınaqların keçirildiyi Myönxan dağında onlar liderlə birlikdə olublar.
"Onun həkimlərinın hamısı Pxenyandakı Bonhva Xəstəxanasında işləyirlər", - Li deyib.
tv713.az
28-04-2020, 14:30
Вернуться назад