Nazirə 22 milyon dollar rüşvət verən iş adamı HƏBS OLUNDU
Ermənistan Milli Təhlükəsizlik Xidməti eks-nazirə 22,4 milyon dollar rüşvət vermiş biznesmen, “Multi Qrup” konserninin direktoru Sedrak Arustamyanı həbs edib.
tv713.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçilib.
Müəyyən olunub ki, Arustamyan 2011-ci ildə biznesinə maneələrin olmaması, vergi ödəməmək və himayədarlıq üçün o zamankı maliyəy naziri Qaqik Xaçatryana 22,4 milyon dollar ödəyib.
Pullar nazirin oğullarına məxsus olan xarici şirkətlərin hesabına yerləşdirilib. Korrupsiya faktının izini itirmək üçün 2 saxta kredit müqaviləsi də imzalanmışdı.
Hazırda həm eks-nazir, həm də iş adamı həbsdədir.
28-04-2020, 14:16
Вернуться назад