DataLife Engine / Bakıda tapılan yanmış meyitin kimliyi məlum oldu

Bakıda tapılan yanmış meyitin kimliyi məlum oldu

Bakıda tapılan yanmış meyitin kimliyi məlum oldu


Bakıda tapılan meyitin şəxsiyyəti məlum olub.

Binəqədi rayonu, “DSK yolu” adlanan ərazidə aprelin 27-i axşam saatlarında meyiti tapılan şəxsin Bərdə rayon sakini, 1957-ci il təvəllüdlü Akif Qasımov olması müəyyən olunub.

Qeyd edək ki, meyitin yanından “Argo” markalı siqaretin kötüyü, qablaşdırılmış spirt və kibrit aşkar olunaraq götürülüb. İlkin araşdırma zamanı meyiti aşkar edilmiş şəxsin ətraf ərazilərdə “butılka” və dəmir yığıb satmaqla məşğul olduğu müəyyən olunub. Meyitin yanmamış hissələrində xəsarət izi aşkarlanmayıb.

tv713.az
29-04-2020, 09:50
Вернуться назад