NATO-nun hərbi helikopteri Adriatik dənizi üzərində radarlardan itib
Adriatik dənizi üzərindən uçan NATO-nun hərbi helikopteri itib.
Türkiyənin “Dəmirörən” xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə Yunanıstan dövlət televiziyası xəbər yayıb.
Məlumatda bildirlib ki, Aralıq Dənizində NATO-nun 2-ci Daimi Dənizçilik Qrupunun tərkibindəki Kanadaya məxsus döyüş gəmisinin göyərtəsindən havaya qalxan helikopter Yunanistan və İtalya arasındakı sözügedən dəniz üzərində radarlardan itib.
İtaliya və Türkiyəyə məxsus gəmilərin hadisə baş verən ərazidə axtarış və xilasetmə işlərinə cəlb edildiyi bildirilib.
Yoxa çıxan helikopterdə 3 və ya 6 nəfərlik heyətin olduğu ehtimal edilir.(apa.az)
tv713.az
30-04-2020, 07:57
Вернуться назад