DataLife Engine / İpoteka və Kredit Zəmanət Fondu ötən ili 18,7 mln. manat mənfəətlə yekunlaşdırıb

İpoteka və Kredit Zəmanət Fondu ötən ili 18,7 mln. manat mənfəətlə yekunlaşdırıb

İpoteka və Kredit Zəmanət Fondu ötən ili 18,7 mln. manat mənfəətlə yekunlaşdırıb


2019-cu ili sonuna Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun aktivləri illik 10,6% artaraq bu ilin əvvəlinə 1 406 231 273 manat təşkil edib.

tv713.az bildirir ki, “APA-Economics” bu barədə Fondun ötən ilin yekunlarına dair audit hesabatına istinadən xəbər verir.

Bu müddətdə ipoteka kreditlərinin həcmi də 12,6% artaraq 998 158 213 manata çatıb. Banklarda yerləşdirilmiş depozitlər isə 2,2 dəfə azalaraq 23 830 818 manat təşkil edib.

Hesabat ilində Fondun öhdəlikləri 2,1% artaraq 754 397 012 manata yüksəlib, nizamnamə kapitalı 21,5% artaraq 566 mln. manat olub.

Audit hesabatında deyilir ki, 2019-cu ilin yekunlarına əsasən Fondun mənfəəti 18 694 850 manat təşkil edib.
30-04-2020, 09:50
Вернуться назад