Təkər partladı, usta öldü
Lənkəranda usta təkərin partlaması nəticəsində vəfat edib.
Hadisə mayın 3-ü saat 18 radələrində rayonun Şirinsu kəndində baş verib.
Avtomobil təmiri sexində qaynaq ustası işləyən 1981-ci il təvəllüdlü Ağakişiyev Anar Ağamusa oğlu “KamAZ” markalı yük maşınının təkərinin diski üzərində qaynaq işləri aparan zaman təkər partlayıb. Nəticədə A.Ağakişiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Maşının sahibi, 1979-cu il təvəllüdlü Eldəniz şükürov da yaxınlıqda olduğu üçün ağır bədən xəsaqrətləri alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
tv713.az
4-05-2020, 14:08
Вернуться назад