Akif Təvəkküloğlu vəzifəsindən azad edildi
Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu vəzifəsindən azad edilib.
tv713.az məlumat verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova sərəncam imzalayıb.
Qeyd edək ki, Akif Təvəkküloğlu 2006-cı ildən Milli Məclisin mətbuat katibi idi.
Yeni sərəncamla Elnar Məmmədov Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri təyin olunub.
Elnar Məmmədov bu təyinata qədər AzTV-nın aparıcısı olub.
5-05-2020, 10:59
Вернуться назад