Vilyam Hacıyev həbs edildi
Səbail Rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanınının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
tv713.az-nun məlumatına görə, sabiq icra başçısı Vilyam Hacıyevə verilən ittihamlar məlum olub.
İstintaq orqanı tərəfindən V. Hacıyevə Cinayət Məcəlləsinin 308-ci(vəzifə səlahiyyətlərini aşma), 179-cu(mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri ittaham verilib.
Qeyd edək ki, Səbail rayon Məhkəməsi tərəfindən Vilyam Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
7-05-2020, 08:34
Вернуться назад