İranda məktəblər açılır
İranda koronavirusa qarşı mübarizə çərçivəsində tətilə buraxılan tədris müəssisələrinin fəaliyyəti mayın 16-dan etibarən bərpa olunacaq.
tv713.az “IRNA”ya istinadən xəbər verir ki, bu barədə İranın Təhsil və Elm Nazirliyi açıqlama yayıb. Açıqlamada məktəblərdə qoruyucu maska və əlcək taxmağın məcburi olacağı və sosial məsafə qaydalarının tətbiq olunacağı bildirilib. Həmçinin distant təhsildə çətinlik yaşamayan şagirdlər üçün məktəbə gəlməyin məcburi olmadığı bildirilib.
Xatırladaq ki, martın 5-dən etibarən İranda koronavirusun yayılması səbəbilə bütün tədris müəssisələrinin fəaliyyətinə fasilə verilmişdi.
12-05-2020, 16:44
Вернуться назад