İlham Əliyev bu rayona yeni icra başçısı TƏYİN ETDİ
Azər Bəhlul oğlu Qocayev Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyev mayın 13-də bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, bundan əvvəl Kəlbəcər Rayon İcra Hakimiyyətinin icra başçısı Aqil Məmmədov olub. O, bu ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilib.
Prezident İlham Əliyevin martın 9-da imzaladığlı sərəncamla Aqil Məmmədov Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
tv713.az
13-05-2020, 13:12
Вернуться назад