DataLife Engine / Bakıda qadın uşağını vəhşicəsinə döyüb: evə gec gəlibmiş – Fotolar

Bakıda qadın uşağını vəhşicəsinə döyüb: evə gec gəlibmiş – Fotolar

Bakıda uşağın valideyni tərəfindən döyüldüyü barədə xəbər yayılıb. Evə gec gəldiyi üçün anası tərəfindən döyüldüyünü iddia edən uşaq sığınacağa yerləşdirilib.
Beş.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağından məlumat verilib.

Bakıda qadın uşağını vəhşicəsinə döyüb: evə gec gəlibmiş – Fotolar



Bildirilib ki, uşaq dünən axşam saatlarında sığınacağa qəbul edilib: “Uşağın bütün bədəni gömgöydür. Özünün dediyinə görə, anası tərəfindən döyülüb. Səbəb olaraq bildirib ki, dostları ilə oynadığı üçün evə bir qədər gec saatda gəlib. Anası isə buna əsəbiləşərək uşağı möhkəm döyüb. Sağ gözünün altı yaxşı vəziyyətdə deyil

Bakıda qadın uşağını vəhşicəsinə döyüb: evə gec gəlibmiş – Fotolar



Uşaq bizə deyir ki, bu hadisə ilk dəfə yaşanmır. Dediyinə görə, anası daha əvvəl də onu müxtəlif səbəblərdən, dərslərdən aşağı qiymət aldığı üçün, sözündən çıxdığı üçün möhkəm döyüb”.

Bakıda qadın uşağını vəhşicəsinə döyüb: evə gec gəlibmiş – Fotolar



Uşağın anasının sığınacağa müraciət etdiyi də qeyd olunub: “Anası ilə əlaqə saxlanılıb. Lakin biz bildirdik ki, yalnız polis əməkdaşları ilə sığınacağa yaxınlaşa bilər. Biz uşağın dedikləri barədə hüquq-mühafizə orqanlarına da məlumat verəcəyik. Uşaq o qədər qorxub ki, evə getmək istəmədiyini deyir”.

Hadisənin təfərrüatı araşdırılır.

1-05-2019, 14:04
Вернуться назад