Mayın 18-də Rusiya vətəndaşları Azərbaycandan təxliyə ediləcək
Mayın 18-də Rusiya vətəndaşları Bakı-Moskva aviareysi ilə Azərbaycandan təxliyə ediləcək.
Bu barədə Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya 16-25 may tarixlərində bir sıra ölkələrdə olan vətəndaşlarının ölkəyə gətirilməsi üçün aviareyslər təşkil edəcək.
Nazirliyin yaydığı siyahıda mayın 18-də Bakı-Moskva aviareysinin təşkil olunacağı qeyd olunub.(apa.az)
tv713.az
15-05-2020, 16:49
Вернуться назад