DataLife Engine / Moskvada azərbaycanlıların işlədiyi bazarda aksiya: İcarə haqqına etiraz

Moskvada azərbaycanlıların işlədiyi bazarda aksiya: İcarə haqqına etiraz

Moskvada azərbaycanlıların işlədiyi bazarda aksiya: İcarə haqqına etiraz

Moskvada, Kaluqa şosesi yaxınlığındakı “Food City” bazarında ticarətlə məşğul olan azərbaycanlılar böhran və pandemiya fonunda müştəri axınının azalması səbəbindən işlədikləri obyektdə icarə qiymətlərinin endirilməsi tələbi ilə aksiya təşkil ediblər.

tv713.az Rusiya KİV-inə istinadən bildirir ki, amma “Food City” rəhbərliyi nəinki bunu etməyib, əksinə icarə haqqını daha 2 min rubl artırıb. Belə ki, əvvəl bazarda icarə haqqı beş min rubl idisə, indi yeddi minə qaldırılıb.




“Food City”nin rəhbərliyi aksiyanın bu səbəbdən keşirildiyini təkzib edib. Bildirilib ki, kirayələrin artırılması ilə bağlı yayılan məlumatlar doğru deyil. Bazar rəhbərliyi qeyd edib ki, problem ticarət məntəqələrinin birində alış-satış yerlərinin olmaması səbəbindən yaranıb.




Hadisə yerinə gələn polislər, dinamiklərdən istifadə edərək, aksiya iştirakçılarını ictimai asayişə riayət etməyə çağırıblar. Sonradan etirazçılar dağılıb, polis ictimai asayişin bərpası üzrə fəaliyyətlərini davam etdirməyə başlayıb.



Bildirilir ki, “Food City” bazarı Qod Nisanov və Zarax İliyevin eyni adlı şirkətlər qrupuna aiddir.


16-05-2020, 07:56
Вернуться назад