DataLife Engine / Paytaxtın girişində aparılan işlər yekunlaşdırılır - FOTO

Paytaxtın girişində aparılan işlər yekunlaşdırılır - FOTO

Paytaxtın girişində aparılan işlər yekunlaşdırılır - FOTO


Dövlət başçısının tapşırığına uyğun olaraq, Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxac və ləngimələrin aradan qaldırılması məqsədi ilə hazırlanan və aidiyyəti dövlət qurumları ilə razılaşdırılan layihələr əsasında aparılan genişmiqyaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir. Yenidənqurma işləri Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılaraq yekunlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Modern.az-a verilən məlumata görə, aparılan yenidənqurma işləri çəçivəsində “20 Yanvar” dairəsi ətrafında yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün “20 Yanvar” metrostansiyanın “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısındakı çıxışının istiqaməti dəyişdirilərək yolun hərəkət hissəsi 10 m-ə qədər genişləndirilib. Nəticədə əlavə hərəkət zolağı yaradılıb və Moskva prospektindən daim sağa hərəkət təmin edilib. Bundan başqa “20 Yanvar” dairəsinin ölçüləri hər bir istiqamət üzrə 8-10 metr kiçildilərək “oval” formaya salınıb, dairəyə gələn və çıxan yollarda da genişləndirmə işlər aparılıb.

Magistral yolun Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində mövcud olan süni təpəciklərin sökülməsi ilə yol hər iki istiqaməti üzrə 1 hərəkət zolağı enində genişləndirilib. Anoloji işlər sözügedən ərazidə yerləşən yol ötürücüsündə də aparılıb. Belə ki, körpüdə əlavə svay əsaslı özül üzərində dayaq inşa olunmaqla sağ və sol istiqamətdə əlavə 1 hərəkət hissəsi yaradılıb.

Hazırlanmış layihələrə əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci km-də, Bakı Beynəlxalq Avtovağzal kompleksi ilə metronun “Avtovağzal” stansiyası arasındakı ərazidə süni yaradılmış, magistral yolun hərəkət hissəsinin daralmasına səbəb olan “təpəcik” ləğv edilərək yerində sürət-keçid zolağının salınması ilə əsas yolun hərəkət hissəsini genişləndirərək zolaqlarının sayı 4-ə çatdırılıb.

Eyni zamanda şimal tərəfdən (Sumqayıt istiqamətindən) Bakı Beynəlxalq Avtovağzal kompleksinin və “Avtovağzal” metro stansiyasının ərazisindən keçərək yolötürücü vasitəsi ilə Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən avtomobillərin hərəkət şiddətinin yüksək olduğu üçün həmin ərazinin sağ tərəfi genişləndirilməklə nəqliyyat vasitələrinin hərəkətinin səmərəli təşkili və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunur.

Bakı Dairəvi-1avtomobil yolu ilə Sumqayıt yolu və “20 yanvar” dairəsi istiqamətinə geri dönməsi təmin etmək məqsədi ilə sözügedən yolun 1-ci km-də yeni geridönmə hissə yaradılır. Bundan başqa eyni yolla Badamdar istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin geri dönməsinə şərait yaradılması məqsədilə yerli keçid yollarını birləşdirən mövcud yolötürücüləri vasitəsi ilə geriyə dönmə yerinin yaradılması istiqamətində addımlar atılır. Bununla da Yeni Yasamal yaşayış kompleksi və Abbas Mirzə Şərifzadə küçəsi istiqamətində şəhərə daxil olan avtonəqliyyat vasitələrinin uzun məsafə qət edib, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında yerləşən dairədən geri dönmə əməliyyatı yerinə yetirməyə ehtiyac qalmayacaq. Bu isə öz növbəsində Badamdar şossesi istiqamətində yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət təsir edəcək.

Anoloji addımlar Bakı-Sumqayıt yolunda da atılır. Belə ki, avtomagistralın təqribən 8-ci km-də yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılır. Yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını “Xırdalan dairəsi”ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində “Xırdalan dairəsi” ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək.

Paytaxtda şimal istiqamətindən giriş-çıxışın təkmilləşdirilməsi məqsədi ilə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda “Xırdalan dairəsi” istiqamətində “Masazır dairəsi”nədək yolun, həmçinin “Xırdalan dairəsi”nin altından keçən avtomobil tunelinin hər bir istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilməsi işləri də aparılaraq yekunlaşdırılır.

Layihəyə uyğun olaraq hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələrin qazılıb çıxarılıb, əksdolğu aparılaraq yenidən kipləşdirilib və yeni yol yatağı inşa edilib. Zəruri olan ərazilər üarə yol kənarlarında yeni istinad divarları inşa edilib, genişləndirilmiş hissələrdə yol əsası işlənilərək yeni asfalt-beton örtüyü döşənib.

Anoloji genişləndirmə işləri “Xırdalan dairəsi”nin altından keçən avtomobil tunelində də aparılır. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilir. Bunun üçün ərazidə dəmir-beton svaylar vurularaq tunellərin divarlartı inşa edilib. Artıq tunelə gələn yolda, həmçini tunelin qapalı hissəsində qazıntı işləri yekunlaşdırılıb. Hazırda tunelin divarlarının üzlənməsi işləri aparılıb, həmçinin qazılmış və genişləndirilmiş ərazilərdə yeni yol yatağı inşa edilir.

Bundan başqa yenidənqurma işləri zamanı “Xırdalan dairəsi”nə qalxan və düşən hissələrdə 2 hərəkət zlağı enində yerli yolların inşası da yekunlaşmaq üzrədir.

Genişləndirmə işləri zamanı tikinti altına düşən kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi təmin olunub, yaşayış və qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi işləri isə tamamlanır.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini rəhbərliyinin birbaşa nəzarəti altında işlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maksimal dərəcədə maneə yaradılmadan aparılır. Yenidənqurma və genişləndirmə işlərinin may ayının sonu, iyun ayının əvvəlində yekunlaşdırılması nəzərdə tutulur.

tv713.az


Paytaxtın girişində aparılan işlər yekunlaşdırılır - FOTO


Paytaxtın girişində aparılan işlər yekunlaşdırılır - FOTO

Paytaxtın girişində aparılan işlər yekunlaşdırılır - FOTO

Paytaxtın girişində aparılan işlər yekunlaşdırılır - FOTO
16-05-2020, 11:29
Вернуться назад