DataLife Engine / Azərbaycanda dəhşət - Psixi xəstəni özünü asmağa məcbur etdi, qıraqdan izlədi

Azərbaycanda dəhşət - Psixi xəstəni özünü asmağa məcbur etdi, qıraqdan izlədi

Azərbaycanda dəhşət - Psixi xəstəni özünü asmağa məcbur etdi, qıraqdan izlədi



Tərtərdə baş verən “intihar” hadisəsinin qətl olduğu ortaya çıxıb.

Bu barədə BEŞ.AZ Tərtər rayon hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, aprelin 26-da Tərtər şəhərinin meşə zolağı boyunca uzanan Vüqar Həsənov küçəsində asılmış meyiti tapılan Məmmədli Cavid Faiq oğlu, əslində, qətlə yetirilib.

Məmmədlinin boyun nayihəsindən götürülmüş dəri nümunəsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Bakı laboratoriyasında incələnib.

C.Məmmədlinin özünü asmadığı, qətl qurbanı olduğu müəyyən edilib.

Belə ki, qatil onu özünü asmağa məcbur edib. Özü isə prosesi kənardan soyuqqanlı şəkildə izləyib. O hətta qurbanının kəndiri boynuna keçirməsinə də kömək edib.

Xatırladaq ki, C.Məmmədli “oliqofreniya” (kəmağıllıq - red.) diaqnozu ilə psixiatrik xəstəxanada qeydiyyatda olub.

Bundan başqa, istintaq orqanları onun ötən ilin payız ayında törədilmiş və indiyə kimi üstü açılmamış cinayətlə əlaqəsinin olmasından şübhələnirdi. Belə ki, noyabrın 18-də 34 yaşlı Nərimanlı Rəşad Bayram oğlunun meyiti Tərtərin Qara Qarayev küçəsində yerləşən evində aşkarlanıb. Qatil onun əllərini və ayaqlarını bağlayaraq çoxsaylı bıçaq xəsarətləri yetirib.

İstintaq nəticəsində, həmçinin Məmmədlinin öldürülməsində şübhəli bilinən həmin şəxsin, ötən ilin noyabr ayında yuxarıda qeyd olunan ünvanda yaşayan Rəşad Nərimanlını xüsusi amansızlıqla qətlə yetirdiyi məlum olub.

Qatilin kimliyi və motivləri haqda məlumat verilmir.

İki nəfəri öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu gün Baş prokurorluğun bu məsələ ilə bağlı Daxili işlər nazirliyi ilə birgə məlumat yayacağı gözlənilir.
1-05-2019, 14:32
Вернуться назад