DataLife Engine / Təhsil nazirliyindən onlayn dərslərlə bağlı yeni Açıqlama

Təhsil nazirliyindən onlayn dərslərlə bağlı yeni Açıqlama

Təhsil nazirliyindən onlayn dərslərlə bağlı yeni Açıqlama


Təhsil Nazirliyi Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində onlayn dərslərin keçirilib-keçirilməyəcəyi məsələsinə aydınlıq gətirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov APA-ya açıqlamasında bildirib ki, Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri sayılan 25-29 mayda onlayn dərslər davam edəcək.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun qərarı ilə Azərbaycan ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib.

Eyni zamanda xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilib.

tv713.az
18-05-2020, 14:31
Вернуться назад