Maşın bazarında son vəziyyət - Qiymətlər aşağı düşüb?
Mövcud pandemiya bütün sahələrin fəaliyyətinə təsir etdiyi kimi maşın bazarının da aktiv fəaliyyət göstərməsinə təsirsiz ötüşməyib.
Belə ki, karantin dönəmində bağlanan əksər müəssisə, iri ticarət mərkəzləri kimi maşın bazarı da fəaliyyətini dayandırdı.
Bakıda fəaliyyət göstərən avtomobil bazarı karantin dönəmində fəaliyyət göstərməsə də, ötən həftə Sumqayıtda bu bazar işlək olub.
Maraqlıdır, son həftələr ərzində maşınlara tələbat necə oldu? Avtomobillərin qiymətlərində azalma müşahidə olunur?
Məsələ ilə bağlı Modern.az-a danışan avtomobil satışı üzrə ekspert Sərxan Qədirov qiymətlərdə azalma olmadığını və gələn həftədən etibarən Bakıdakı avtomobil bazarının da açılacağını bildirib:
“Son həftələr Bakıdakı maşın bazarı fəaliyyət göstərmədi. Yalnız Sumqayıt bazarı ötən həftə fəaliyyət göstərdi ki, orda da təqribi 20-30 ədəd maşın satılıb. Rayonlardan gediş-gəliş olmadığı üçün son dönəmlər bazarda passivlik müşahidə olundu. Satış zəif olsa da, qiymətlərdə azalma olmadı, demək olar ki, əvvəki qiymət tempi qalmaqdadır”.
Ekspert deyir ki, ən çox tələbat “sovet maşınları”nadır:
“Alıcılar daha çox “sovet maşınları”nı almağa üstünlük verirlər. İkinci yerdə isə ABŞ istehsalı olan avtomobillər dayanır. Növbəti həftədən Bakıda da maşın bazarının fəaliyyəti bərpa olacaq. Artıq onda bilinəcək ki, avtomobillərə tələbat artıb, ya azalıb”.
tv713.az
20-05-2020, 15:04
Вернуться назад