DataLife Engine / Pirverdiyevin "cırtdan bank"ı üçün yolun sonu — Növbədə "Express Bank"

Pirverdiyevin "cırtdan bank"ı üçün yolun sonu — Növbədə "Express Bank"

Pirverdiyevin "cırtdan bank"ı üçün yolun sonu — Növbədə "Express Bank"


2015-cı ildən başlayaraq ölkənin maliyyə-kredit sistemində davam edən böhran çoxsaylı kommersiya bankının bağlanması ilə müşaiyyət olunmaqdadır. Sonuncu dəfə, konkret cari ilin aprelin 28-də və mayın 12-də Mərkəzi Bankın müvafiq qərarları ilə daha 4 bank tarixə qovuşdu. Mərkəzi Bank rəhbərliyinin optimist açıqlamalarına rəğmən, hazırda fəaliyyətini davam etdirən kommersiya banklarının sayında yenə azalma olacağı gözlənilir.

Bağlanan bankların göstəricilərinin təhlili göstərir ki, onların heç də hamısının maliyyə vəziyyəti qeyri-qənaətbəxş olmayıb. Elə Mərkəzi Bankın açıqlamalarından məlum olur ki, "NBCBank"-ı xilas etmək üçün 74 milyon manat kapital qoyuluşu kifayət edirmiş. Bankın səhmdarlarının tələb olunan həcmdə kapitalı banka yatırmaq imkanlarını nəzərə aldıqda "NBC bankı"n lisenziyasının dayandırılmasını anlamaq çətindir. Oxşar vəziyyət “AGBank”da da müşahidə olunub - tələb olunan kapital qoyuluşu 212 milyon manat.

Müstəqil ekspertlər bankların bağlanmasının əsas səbəbini onların hakimiyyətdə dayaqları zəifləmiş oliqarxlara məxsus olması ilə izah edirlər. Məsələn, “AGBank” ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbəri Eldar Mahmudova yaxınlığı ilə diqqət çəkən Çingiz Əsədullayevə, "Amrahbank" sabiq daxili işlər naziri Ramil Usubovun qudası Yusif İldırımzadəyə, "Atabank" sabiq vergilər naziri Fazil Məmmədova, "NBC bank" isə son zamanlar hakimiyyətdə dayaqlarını itirmiş "Nurgun Group"un rəhbəri Nuru Əliyevə məxsus idi.

2016-cı ildə isə bağlanan banklar arasında bazarda xüsusi payı olan "Bank Standard" sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin ailəsinə məxsus idi. Eyni hal sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus "Bank of Azərbaycan"ın bağlanmasında da özünü göstərib. Bu baxımdan ekspertlər yaxın perspektivdə oliqarx məmurlara məxsus bankların bağlanacağı qənaətindədirlər. Çünki siyasi hakimiyyətin həyata keçirdiyi iqtisadi islahatlar oliqarxiya sistemindən qismən də olsa imtina edilməsinə hesablandığından növbəti mərhələdə bank sisteminin zəif həlqələrinin də kəsilib atılacağını deməyə əsas verir. Belə ki, hazırda fəaliyyət göstərən 26 bank arasında oliqarxların şəxsi kassası kimi fəaliyyət göstərən banklar var və həmin bankların ölkə iqtisadi inkişafında demək olar heç bir rolu yoxdur.

Belə banklardan biri də "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyevə məxsus olan "Express Bank"dır. Bank üzərində həlledici söz sahibi olan Etibar Pirverdiyevin biznes imperiyası əvvəlki zamanlarla müqayisədə xeyli zəifləsə də hələ mövcudluğunu qoruyub saxlamaqdadır. Vəzifəsindən çıxarıldıqdan sonra kapitalını xaricə çıxarmağa başlayan Pirverdiyev ailəsinin qonşu Gürcüstandan tutmuş Birləşmiş Krallığa qədər bir-neçə ölkədə onlarla şirkəti var. Bu barədə mediada faktlara əsaslanan yazılar dərc olunduğundan bunun üzərində geniş dayanmağı lazım bilmirik. Amma ölkədən böyük həcmdə sərmayə "qaçıran" Etibar Pirverdiyevin biznesinin təftiş olunacağı artıq zaman məsələsidir. Bu baxımdan "Express Bank"ın da bağlanmaq perspektivi böyükdür...

Paytaxtdan kənarda cəmi 7 rayonda filialı olan, bütün ölkə üzrə üst-üstə 60 bankomatı mövcud olan "cırtdan bank" sayılan "Express Bank" üçün, necə deyərlər, artıq yolun sonu görünür

Qeyd edək ki, ölkənin bank sistemində əsasən valyutadəyişmə əməliyyatlarında diqqət çəkən "Express Bank"ın əhali arasında "devalvasiya panikası" yaratmaqda da təcrübəsi var.(hit.az)

tv713.az
21-05-2020, 17:39
Вернуться назад