İranda bir toyda 40 nəfər koronavirusa yoluxdu
İranda toyda iştirak edənlərdə koronavirus aşkarlanıb.
Hadisə Çaharmahal-Bəxtiyari əyalətinin Ərdəl rayonunda baş verib.
Toyda iştirak edən 118 nəfərdən koronavirus testi götürülüb. Onların 40-nın testi pozitiv çıxıb.
Toy və yas mərasimlərinin koronavirusa kütləvi yoluxmaya səbəb olacağına görə sözügedən rayonda bu tip tədbirlər təşkil edənlər cəzalandırılacaq.
tv713.az
10-06-2020, 15:01
Вернуться назад