DataLife Engine / 55 nömrəli marşrutun sürücüsü işdən QOVULDU

55 nömrəli marşrutun sürücüsü işdən QOVULDU

55 nömrəli marşrutun sürücüsü işdən QOVULDU


Fiziki şəxs Rövşən Salamovun müvəqqəti istismarında olan 55 nömrəli müntəzəm marşrut xətti üzrə (99 LF 648 DQN-lı) avtobusunda sürücü Elmar İbrahimovun sərnişinə qarşı qeyri-etik davranışı ilə bağlı sosial şəbəkədə yayılan görüntülər araşdırılıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a bildirib ki görüntülərdən də aydın olduğu kimi, sürücü avtobusu yüksək sürətlə idarə edir:

"Buna etiraz bildirən sərnişinə qarşı qeyri-etik ifadələr işlədir, sükan arxasında telefonla danışaraq siqaret çəkir. Daşıyıcı Rövşən Salamov və Elmar İbrahimov məsələ ilə bağlı izahat verilməsi üçün Agentliyə çağırılıb. Hərəkətlərindən peşiman olduğunu bildirən sürücü Elmar İbrahimov sərnişinlərdən üzr istəyib. Daşıyıcının müvafiq əmri ilə Elmar İbrahimov işdən azad edilib. Həmçinin, Bakı Nəqliyyat Agentliyi tərəfindən daşıyıcı Rövşən Salamova bu cür xoşəgəlməz halların təkrarlanmaması ilə bağlı ciddi xəbərdarlıq edilib".

Agentlik rəsmisi qeyd edib ki, bu cür qayda pozuntuları törədən, sərnişinlərə qarşı qeyri-etik hərəkətlərə yol verən sürücülər barəsində qanunamüvafiq tədbirlər görüləcək:

"Eyni zamanda sürücülərinin sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələrinə nəzarət etməyən daşıyıcılar daşımalardan kənarlaşdırılacaq".

tv713.az
10-06-2020, 18:11
Вернуться назад