24 nömrəli marşrut xəttinə 12 metrlik avtobuslar buraxıldı
Bu gündən 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə məxsus BMC Procity 12 metrlik müasir və komfortlu avtobuslarla həyata keçirilir.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, dəyişiklik nəticəsində Bakıxanov və Qaraçuxur qəsəbələrinin “Koroğlu” NMM və metronun “N.Nərimanov” stansiyası ilə marşrut xətti ilə əlaqələndirilməsi təmin edilib:
“Sərnişinlərin “BakıKart”-ın balansını artıra bilməsi üçün 24 nömrəli marşrut xətti boyunca xüsusən də Bakıxanov və Qaraçuxur qəsəbələri ərazisində 7 ünvanda pos-terminal qoyulub”.
tv713.az
11-06-2020, 09:56
Вернуться назад