DataLife Engine / Avropadan Azərbaycana könüllü qayıdan miqrantlar mənzillə təmin edilib

Avropadan Azərbaycana könüllü qayıdan miqrantlar mənzillə təmin edilib

Avropadan Azərbaycana könüllü qayıdan miqrantlar mənzillə təmin edilib


Azərbaycan Hökuməti bəzi karantin tədbirlərini yumşaltdıqdan sonra Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihəsinin əməkdaşları BMT-nin ölkədəki İdarə Heyətinin mərhələli şəkildə işə qayıtmaq təlimatlarına uyğun olaraq, COVID-19-un yayılmasından öncə mənşə ölkəsinə könüllü qayıdan Azərbaycan vətəndaşlarına ayrılmış reinteqrasiya yardımının istifadəsinə dair məsləhətləşmə xarakterli görüşlərin təşkili və aidiyyəti yardımların çatdırılmasını bərpa ediblər.

BMqT-nin Azərbaycan nümayəndəliyindən APA-ya bildirilib ki, may ayında KQYR layihəsinin əməkdaşları könüllü qayıdan şəxslərlə 27 nümayəndəlikdə görüş (62 nəfər faydalanıb) və 12 virtual görüş (26 nəfər faydalanıb) keçirib və 31 qeyri-nağd yardımı çatdırılıb. Qeyd edilən müddətdə 5 şəxs mənzil təminatı, 1 şəxs tibbi yardım, 6 şəxs kiçik biznesin təşkili və 19 şəxs maddi yardımla (avadanlıq və zəruri mebel əşyaları) təmin edilib.

Cari ilin fevral ayından BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən 13 şəxsə mənzil təminatı, 13 şəxsə kiçik biznesin təşkili, 57 şəxsə maddi yardım (avadanlıq və zəruri mebel əşyaları) və 5 şəxsə tibbi yardımla bağlı köməklik göstərilib.(apa.az)

tv713.az
16-06-2020, 12:22
Вернуться назад