DataLife Engine / Bakıda sərt karantin günündə manevr edən maşın tapıldı, sürücü axtarılır - VİDEO

Bakıda sərt karantin günündə manevr edən maşın tapıldı, sürücü axtarılır - VİDEO

Bakıda sərt karantin günündə manevr edən maşın tapıldı, sürücü axtarılır - VİDEO


Bakıda sərt karantin rejimi günlərində Nəsimi rayonunda manevr edən avtomobil artıq cərimə meydançasına aparılıb.

Bunu Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, ötən gün sürücünün məsuliyyətə cəlb edilməsi istiqamətində işlər aparılır.

Bildirək ki, ötən gün sosial şəbəkələrdə Nəsimi rayonunda sürücünün boş küçədə avtomobillə təhlükəli manevrlər etməsini əks etdirən video yayılıb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.(oxu.az)

tv713.az


16-06-2020, 13:42
Вернуться назад