DataLife Engine / Gürcüstanda 9 aylıq körpə koronavirusa yoluxub

Gürcüstanda 9 aylıq körpə koronavirusa yoluxub

Gürcüstanda 9 aylıq körpə koronavirusa yoluxub


Gürcüstanda 9 aylıq körpə koronavirusa yoluxub.

Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin hesabatında qeyd olunub. Bildirilib ki, ölkədə yaşı 18-dən az olan COVİD-19 xəstələrinin sayı 98 nəfərdir və ümumi halların 12.2%-ni təşkil edir. Yoluxmaların orta yaş həddi isə 42-dir. Hesabatda qeyd olunub ki, Gürcüstanda koronavirusa yoluxan ən yaşlı xəstənin 90 yaşı var.

Həmçinin, qeyd olunub ki, ölkə üzrə 101 səhiyyə işçisi koronavirusa yoluxub, onlardan biri virusdan vəfat edib. Ölkə üzrə ümumi yoluxmaların 14.4 %-ni səhiyyə işçiləri təşkil edir.(apa.az)

tv713.az
16-06-2020, 16:10
Вернуться назад