DataLife Engine / Bakıda məşhur tikinti şirkətinin əmlakı satışa çıxarılır

Bakıda məşhur tikinti şirkətinin əmlakı satışa çıxarılır

Bakıda məşhur tikinti şirkətinin əmlakı satışa çıxarılır


“Luxe Home” Mənzil Tikinti Kopertivinin (MTK) bütün əmlakı satışa çıxarılır.

tv713.az bildirir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb.

İddia ərizəsində göstərilib ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranıb.

Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədilə cavabdehə bildiriş verilib.

Lakin MTK-ya borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də büdcəyə ödənilməyib.

Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 18 noyabr 2019-cu il tarixli qərar çıxarıb.

Qərar əsasında vergi ödəyicisinin 18 noyabr 2019-cu il tarixə yaranan 86619,54 manat borcuna görə 143600 manat məbləğində əmlakı siyahıya alınıb və bu barədə 18 noyabr 2019-cu il tarixli 19952152669 saylı protokol tərtib edilib.

Protokola həmin əmlakın siyahısı əlavə edilib.

Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 25 noyabr 2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilib.

Cavabdehin 18 noyabr 2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 86619,54 manat ödənilməmiş borcu qalıb.

Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi MKT-nin əmlaklarının satışa çıxarılması üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Hakim Zaur Pirverdiyevin sədrliyi ilə baş tutan iclasda Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi təmin olunub.

“Luxe Home” Mənzil Tikinti Kopertivinin siyahıya alınmış 143600 manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qərar verilib.

tv713.az
17-06-2020, 11:40
Вернуться назад