DataLife Engine / TƏBİB Göyçay xəstəxanası ilə bağlı xəbərə aydınlıq gətirdi

TƏBİB Göyçay xəstəxanası ilə bağlı xəbərə aydınlıq gətirdi

TƏBİB Göyçay xəstəxanası ilə bağlı xəbərə aydınlıq gətirdi


Göyçay Rayon Mərkəzi Xəstəxanası xüsusi rejimli pandemiya xəstəxanası kimi müəyyənləşdirilib. Lakin bu gün qərarın ləğv edilməsi ilə bağlı xəbərlər yayılıb.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva virtualaz.org-a bildirib ki, xəstəxana ilə bağlı qərarın ləğv edilməsi barədə xəbər həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, ötən gün TƏBİB tərəfindən xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək xəstəxanaların siyahısı ictimaiyyətə təqdim edilib: “Qeyd edilən xəstəxanalar ehtiyac yarandığı təqdirdə, mərhələli şəkildə koronavirus xəstələri üçün xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək”.

XeverTv.info
19-06-2020, 13:00
Вернуться назад