DataLife Engine / Bakıda qoşulub qaçan qız zorlandı, döyüldü - 17 yaşı var

Bakıda qoşulub qaçan qız zorlandı, döyüldü - 17 yaşı var

Bakıda qoşulub qaçan qız zorlandı, döyüldü - 17 yaşı var


İyunun 5-də Bakının Xəzər rayonunda Mərdəkan qəsəbəsinin 17 yaşlı sakininin itkin düşdüyü məlum olub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.Ondan 12 gün ərzində heç bir xəbər alınmayıb. Nəhayət, iyunun 17-də qız evə qayıdıb. Elə həmin gün Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, sosial şəbəkələrdə tanış olduğu, 2003-cü il təvəllüdlü E.G.-nin vədlərinə uyaraq, evdən qaçdığını bildirib.

Gənc onunla evlənəcəyini vəd edərək, S.Məmmədov küçəsindəki mənzilə aparıb. Burada o, qızı döyüb və ona təcavüz edib.

İlkin məlumatlara görə, qurban dəfələrlə zorakılığa məruz qalıb. İyunun 17-də o, qaça bilib.

Hazırda polis əməkdaşları şübhəli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əldə edilən məlumatları yoxlayırlar.

“Çox vaxt qızlar xoşbəxt evlilik xəyalları ilə evdən qaçırlar. Ancaq təcrübə göstərir ki, evlilik kimi ciddi bir məsələdə tələskənlik və səbirsizlik bir qayda olaraq bütün ümidlərin puç olması ilə nəticələnir. Buna görə valideynlərə övladları ilə ailə dəyərləri barədə danışmağı məsləhət görürük”, - polis idarəsindən bildirilib.

Son bir gündə paytaxtda polis əməkdaşları itkin düşmə ilə bağlı beş faktı qeydə alıblar.

tv713.az
19-06-2020, 13:58
Вернуться назад