DataLife Engine / İsmayıllıda yol qəzası olub, 3 nəfər xəsarət alıb

İsmayıllıda yol qəzası olub, 3 nəfər xəsarət alıb

İsmayıllıda yol qəzası olub, 3 nəfər xəsarət alıb


İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı yolunun Qarakolluq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Göyçay şəhər sakini 1989-cu il təvəllüdlü İbrahimov Yusif Nəsib oğlunun idarə etdiyi "Tofaş" markalı minik avtomobili qarşı tərəfdən gələn İsmayıllı sakini, 1961-ci il təvəllüdlü İsmayılov Alxan Kərəm oğluna məxsus "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü və "VAZ 2107"-nin sərnişini, 1962-ci il təvəllüdlü İsmayılova Abidə Sabir qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

tv713.az
20-06-2020, 09:39
Вернуться назад