Koronavirusun ölkədə yayılma statistikasını əks etdirən, ümumi məlumatları vətəndaşlara çatdıran “e-tebib” tətbiqi hazırlanıb
TƏBİB-in dəstəyilə koronavirusun ölkəmizdə yayılması statistikasını əks etdirən, ümumi məlumatları mütəmadi olaraq vətəndaşlara çatdıran “e-tebib” tətbiqi hazırlanıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında mobil tətbiqlə bağlı məlumat verilib.
Bildirilib ki, mobil tətbiq hazırlanarkən Böyük Britaniya, Sinqapur və Cənubi Koreyanın təcrübəsindən istifadə edilib, bir sıra analoji mobil tətbiqlər təhlil olunub.
tv713.az
20-06-2020, 12:12
Вернуться назад