DataLife Engine / İbadulla Ağayev istefa verdi

İbadulla Ağayev istefa verdi

İbadulla Ağayev istefa verdi


İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən çıxıb.

tv713.az məlumat verir ki, bu barədə APA-ya açıqlamasında İ. Ağayev özü bildirib.

O deyib ki, şəxsi istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.
8-07-2020, 13:18
Вернуться назад