![Bakıda bəzi metrostansiyalarda girişə icazə verildi - SƏBƏBİ Bakıda bəzi metrostansiyalarda girişə icazə verildi - SƏBƏBİ](https://www.unikal.org/photos/unikal/1594812514.669.jpg)
Sərnişin tələbatı çox olan istiqamətlərdə metro stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilir ki, bununla da sərnişinlərin “BakıKart”-ın balansını artırması üçün imkan yaradılıb.
Vestibüllərdə sosial məsafənin qorunması və maskadan istifadə qaydalarına riayət olunması üçün müvafiq tədbirlər görülüb. Karantin şərtləri nəzərə alınmaqla vestibüllərə BNA tərəfindən nəzarətçilər cəlb olunub.
tv713.az