DİN sənədini yoxladığı qadına sosial şəbəkədə mesaj yazan polislə bağlı araşdırmalara başladı
Daxili İşlər Nazirliyi ötən gün sosial şəbəkələrdə metronun “Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının sosial şəbəkədəki səhifəsinə tanışlıq üçün yazmasına dair iddialara aydınlıq gətirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olan məlumata görə, məsələ DİN rəhbərliyinin nəzarətindədir. Bildirilib ki, faktın araşdırılması üçün müvafiq göstərişlər verilib:
“Əgər iddialar təsdiqini taparsa, həmin əməkdaş barədə ciddi tədbir görüləcək”.(yenisabah.az)
tv713.az
18-07-2020, 15:15
Вернуться назад