“Bakı Metropoliteni”ndə iki yeni TƏYİNAT
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, Qatarların Hərəkət Təhlükəsizliyi üzrə baş müfəttişi Elxan Məmmədov tutduğu vəzifədən azad edilərək, qurumun Hərəkət Xidmətinin rəisi təyin olunub:
“Qatarların Hərəkət Təhlükəsizliyi üzrə baş müfəttişi vəzifəsinə isə Ruslan Seyidov təyin olunub”.
Xatırladaq ki, ötən ay "Bakı Metropoliteni"nin Hərəkət Xidmətinin rəisi Etibar İsayev ürəktutmasından dünyasını dəyişib.
tv713.az
21-07-2020, 11:09
Вернуться назад