DataLife Engine / Kim hərbi forma geyinə bilər: şou-biznes əhli və sair? - Prezidentin fərmanı və rəylər

Kim hərbi forma geyinə bilər: şou-biznes əhli və sair? - Prezidentin fərmanı və rəylər

Kim hərbi forma geyinə bilər: şou-biznes əhli və sair? - Prezidentin fərmanı və rəylər


"Bu bir həmrəylik nümayişidir".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mübariz Tağıyev hərbi formada şəkil çəkdirib, sosial şəbəkələrdə paylaşan sou-biznes adamlarından danışarkən deyib. Sənətçinin fikrincə, bununla belə, bu formadan reklam xatirinə istifadə etmək düzgün deyil:


Kim hərbi forma geyinə bilər: şou-biznes əhli və sair? - Prezidentin fərmanı və rəylər


"Bir-iki gün öncə AzTV-də verilişlərin birində qonaq idim. Hardasa 20-yə kimi sənət adamı vardı, hamısı da hərbi forma geyinmişdi. Bu formanı geyinmək problem deyil, yəni demək istəyirlər ki, bu ağır günlərdə biz sininləyik. Amma bunun həddi var. Bu paltarda reklam xarakterli nəsə etmək düzgün deyil. Əsas odur ki, Azərbaycanın başı üzərində olan çirkin əməllərdən əl çəksinlər. Bəsdirin, təkçə cavanlar deyil, yaşlı adamlar da şəbəkələrdə bilməyə-bilməyə sözlər yazır. Belə şeylərin qarşısı alınmalıdır".

Hərbi ekspert Üzeyir Cəfərli isə bunu hərbi formaya hörmətsizlik kimi qiymətləndirib:

"Hər bir forma geyinən şəxsin yanına nəzarət üçün bir hüquq-mühafizə orqanının əməkdaşını qoymaq mümkün deyil. Hər kəsin özünün şəxsi məsuliyyəti olmalıdır. Bu forma müəyyən güc strukturuna, bir quruma aid olan geyimdir. Şəkil çəkdirmək xatirinə bu formanı geyinmək olmaz. Geyimin qaydaları var. Onu müxtəlif formalarda geyinib şəhərə çıxmaq bir qədər quruma və formaya hörmətsizlikdir. Xidmətdə olub ehtiyata gedibsə, o formanı gəzdirmək problem deyil. Elələri o formanı geyinir ki, görəndə dəhşətə gəlirsən. İnsanlar var ki, bu formanın mahiyyətini anlamır, necə gəldi geyinir. Yaxası, başı açıq və s. Formaya hörmət olmalıdır. Onun üzərində Azərbaycan dövlətinin atributları, mənəvi, hüquqi məsuliyyətlər var. Forma geyinən hər adamı da tutub saxlamaq olmaz. Hesab edirəm ki, hüquq-mühafizə orqanları onlarla maraqlanmalıdır. Bir qədər də maarifləndirmə işləri aparılmalıdır. Əsgərə, zabitə, torpağa hörmət edirsənsə bu geyimə də hörmət etməlisən. Bəzən baxırsan ki, hərbi formanı geyinib həyətdə fəhlə işi tuturlar. Mən onları belə şeylərdən çəkindirməyə səsləyirəm. Olmaz. Formanı hörmətdən salmayın, biz bu formanı qorumalıyıq".


Kim hərbi forma geyinə bilər: şou-biznes əhli və sair? - Prezidentin fərmanı və rəylər


"Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Silahlı qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanının 21-ci bəndinə əsalən:

Hərbi geyim formasını daşımaq hüququna Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular, hərbi litsey kursantları, toplantılara çağırılmış hərbi vəzifəli şəxslər, habelə ehtiyata, yaxud istefaya buraxılmış hərbi geyim forması daşımaq hüququ olan hərbi qulluqçular malikdir. Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsi qadağandır.

tv713.az
22-07-2020, 11:22
Вернуться назад