DataLife Engine / Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub


Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyinat olub.

Vüsal Abdullayev Xəstəxananın baş həkimi vəzifəsinə təyin edilib.

Bu barədə V.Abdullayev özü “Facebook” səhifəsində məlumat verib: “Bir həftədir ki, Bakidakı işimdən-Mərkəzi Klinik Xəstəxanadan öz istəyimlə azad olundum. Buna səbəb Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) nəzdində fəaliyyət göstərən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunmağımdır. İlk növbədə Mərkəzi Klinik Xəstəxananın rəhbərliyinə və həkim-personal yoldaşlarıma minnətdarlığımı bildirirəm.

10 il ərzində sizinlə işləmək olduqca xoş idi. Yeni vəzifəmdə başlıca amalım, xalqıma xidməti Dövlətimiz və Ölkə Rəhbərliyimizin dəst-xətti ilə davam etdirmək və göstərilən böyük etimadı doğrultmaqdır. Bundan sonrakı həkimlik fəaliyyətimi Cəlilabad rayonunda davam etdirərək, regionumuzun səhiyyə sahəsinə öz tövhəmizi vermək, xəstəxanamızı peşəkar kadrlarla təmin etmək və gələcək kadrları doğru yetişdirmək istiqamətində olacaq”.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva faktı APA-ya təsdiqləyib.

tv713.az
23-07-2020, 17:55
Вернуться назад