"Formula 1": Daha üç ölkədə yarış keçirilməyəcək
"Formula 1" şirkəti 2020 mövsümündə ABŞ, Meksika və Braziliyada Qran-pri keçirməkdən imtina edib.
Yarışlar koronavirus pandemiyası ilə əlaqədar yaranan vəziyyətə görə gerçəkləşməyəcək.
Bundan əlavə, Kanada Qran-prisinin də keçirilməsi sual altındadır. Təqvimdə bu mərhələləri Avropadakı yarışlar əvəzləyəcək.
Qeyd edək ki, bu il 5 - 7 iyunda Bakıda keçirilməli olan Azərbaycan Qran-prisi ləğv edilib. (report.az)
tv713.az
24-07-2020, 16:55
Вернуться назад