Müəllimlər DİM-i məhkəməyə vermək istəyib, amma... - Gərginlik..
” 11-ci sinif şagirdləri üçün 2-3 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün Naxçıvanda keçirilmiş qəbul) imtahanlarının nəticələri elan olunub. İştirakı nəzərdə tutulan 9180 nəfərdən 353 nəfər imtahana gəlməyib. Qaydaları pozduğu üçün yeddi nəfər imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Dəslərin uzun müddət distant şəkildə davam etdiyini və imtahanların da ilk dəfə olaraq bu formatda keçirildiyini nəzərə alsaq, nəticələr əksəriyyət üçün maraqlıdır.
Təhsil eksperti Nabətəli Qulamoğlu imtahanlarla bağlı “Sherg.az”a danışarkən narazılığını bildirib:
“Müəyyən güzəştlərin olacağını gözləyirdik.Amma ayın 10-da keçirilən imtahanlara əsasən deyə bilərəm ki, nəinki çətin, hətta mübahisəli suallar da az deyildi. Halbuki DİM-in qəbul etdiyi imtahan qaydalarına müvafiq olaraq, elmi mübahisə doğuran məqamlar sual predmetinə çevrilməməlidir.
DİM-i məhkəməyə vermək istədiksə də, Mülki məcəllədə buna uyğun bir maddə tapmadıq. Mütəxəssislər imtahan suallarında mübahisəli 6-7 məqam aşkarladılar. Üç yüz müəllim petisiya imzalayaraq DİM-ə göndərdi.
Amma bu qurum yenə də bildiyindən əl çəkmədi. Elə bil, dedikləri quran ayəsidir. Düzü, ötən ilki imtahan suallarından çox razı qalmış, hətta bu barədə fikrimi DİM sözçüsünə bildirmişdim. Bu dəfə isə çox acınacaqlı vəziyyətlə üzləşdik.
Müəllimlərin hesablarına görə, Quba regionunda ingilis dii fənni üzrə nəticələrin 80 faizi “2” qiymətinə layiq görülüb. Deməli, narazılıq etməyə haqqımız var. Dünənki imtahan nəticələrindən xəbərim yoxdur, amma qənaətbəxş olmadığından əminəm”.
tv713.az
24-07-2020, 18:31
Вернуться назад