Kiyevdə azərbaycanlı tələbələr güllələndi
Bu gün gecə 01:50 radələrində Kiyevdə 50RV100 dövlət nömrə nişanlı "Mercedes Gelandewagen" axtarışa verilib.
tv713.az-nun BAKU.WS-ə istinadən verdiyi məlumata görə, həmin avtomobildən açılan atəşlə Konovaltsya 36 B ünvanında, "Montekki və Kapuleti" restoranı yaxınlığında iki azərbaycanlının yaralandığı ehtimal olunur. Hadisə yerindən 9 mm-lik gilizlər götürülüb.
Yaralanan azərbaycanlılardan birinin adı Nicat Kərimovdur. O, ayağından güllə yarası alaraq Kiyev şəhər xəstəxanasına çatdırılıb. 20 yaşlı həmyerlimiz Azər Əsədov da ayağından güllələnib. Ancaq o, xəstəxanaya getməyib. Onların hər ikisi tələbədir.
Qeyd edək ki, iyulun 4-də "Arena siti"nin yaxınlığında da atışma baş vermişdi. İnsidentin iştirakçısı olan səkkiz nəfər xarici Ukraynadan deportasiya edilmişdi.
Hadisəni ermənilərin törətdiyi də istisna edilmir. Çünki Los Anceles və Brüsseldə ermənilərin həmyerlilərimizə hücum etməsi fonunda bu gözləniləndir.
25-07-2020, 15:26
Вернуться назад