4 yaşlı qızı döyərək boyunbağısını oğurladılar
Şirvan şəhəri ərazisində oğurluq hadisəsi qeydə alınıb.
İyulun 26-da “Niva” markalı avtomobildə gəlmiş 2 nəfərin şəhər sakini olan 4 yaşlı qıza zor tətbiq edərək 800 manat dəyərində boyunbağısını almaları barədə müvafiq polis şöbəsinə müraciət daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini E.Qəmbərov saxlanılıb, onunla birgə olan digərinin şəxsiyyəti müəyyənləşdirilib.
Şirvan ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
tv713.az
27-07-2020, 14:10
Вернуться назад