Azərbaycanda jurnalist təşkilatı 20 min manat cərimələndi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan İdman Jurnalistləri Assosiasiyası barədə inzibati protokol tərtib edib.
tv713.az Report-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsi həmin protokola əsasən, təşkilatın 20 000 manat cərimə edilməsi barədə qərar çıxarıb.
Assosiasiya İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə təqsirli bilinib.
Qərardan narazı qalan Azərbaycan İdman Jurnalistləri Assosiasiyası apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
27-07-2020, 11:30
Вернуться назад