“Sədərək”də canlanma: ticarət mərkəzləri açılır…
Bakının “Sədərək” ticarət mərkəzində avqustun 5-dən sonraya hazırlıq görülür.
HİT.Az-a məlumat verən ticarətçilərdən birinin sözlərinə görə, onlara sərt karantin rejiminin götürüləcəyi deyilib.
Bazar rəhbərliyinin təlimatından sonra sahibkarlar obyektlərinə baş çəkməyə, mallarını yerbəyer etməyə başlayıblar. Onlara bildirilib ki, avqustun 5-dən sonra işləyə biləcəklər.
Hazırda bəzi sahibkarlar vaxtaşırı “Sədərək”ə gedir, dükanlarına əl gəzdirir, səliqə-sahman yaradırlar.
Qeyd edək ki, avqustun 5-də 14 şəhər və rayonda sərt karantin rejimi başa çatır, yenidən hansı qərar veriləcəyi isə məlum deyil. Operativ Qərargahın hansı xidmət sahələrinə işləmək icazəsi verəcəyi hələlik açıqlanmır.
tv713.az
27-07-2020, 17:08
Вернуться назад