DataLife Engine / SOCAR-ın zavodundakı yanğında 7 nəfər xəsarət alıb

SOCAR-ın zavodundakı yanğında 7 nəfər xəsarət alıb

SOCAR-ın zavodundakı yanğında 7 nəfər xəsarət alıb

“Sumqayıt Etilen-polietilen Zavodunda baş verən yanğında yeddi nəfər xəsarət alıb, onlardan birinə ambulator yardım göstərilib və evə buraxlıb”.

Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, digər altı nəfər Bakıya, yanıq mərkəzinə göndərilib: “Onlardan birinin vəziyyəti ağırdır”.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov isə Trend-ə bildirib ki, yanğın istehsalatla bağlı yaranmayıb: “Bir müddət öncə həmin zavodda istehsal prosesi dayandırılıb və təmir işləri görülür. Yanğının təmir işləri zamanı yarandığı güman edilir. Yanğın zamanı SOCAR-ın və orada çalışan podratçı şirkətin bir neçə nümayəndəsi xəsarət alıb”.

***13:09

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.

Virtualaz.org FHN-in saytına istinadən bildirir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

tv713.az
7-08-2020, 14:34
Вернуться назад