DataLife Engine / Prezidentin köməkçisi: Kafelər və rayonlara gediş-gəliş bu tarixdə açılacaq

Prezidentin köməkçisi: Kafelər və rayonlara gediş-gəliş bu tarixdə açılacaq

Prezidentin köməkçisi: Kafelər və rayonlara gediş-gəliş bu tarixdə açılacaq


Növbəti həftələrdə, avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur.

tv713.az-nun məlumatına görə, Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, ondan sonrakı həftə rayonlararası gediş-gəlişin açılması müzakirə edilir: "Bunlar sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır. Bu qaydalara əməl etməsək, nəzərdə tutulan açılışları daha sonraya saxlamalı olacağıq, ya da ümumiyyətlə buna getməyəcəyik”.
8-08-2020, 13:26
Вернуться назад